Türkiyədə universitetdə yanğın - Video - Yenilənib

turkiyede-universitetde-yangin
Oxunma sayı: 2021

Türkiyədə İstanbul Texniki Universitetində yanğın başlayıb.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, yanğın hadisəsi universitetin Ayazağa kampusunda xidməti personalın qaldığı konteynerdə baş verib.

Hadisə yerinə çoxsaylı yanğınsöndürənlər cəlb edilib.

***

İstanbul Valiliyi yanğınla bağlı açıqlama yayıb. Bildirilib ki, yanğın nəzarətə alınıb, soyutma işləri aparılır. Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur: “Yanğının səbəbi yanğınsöndürmə briqadalarının işindən sonra müəyyən ediləcək”.