Türkiyədə zəlzələ oldu

turkiyede-zelzele-oldu
Oxunma sayı: 672

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkan yerli vaxtla 18:11-də qeydə alınıb.

Zəlzələ ətraf əyalətlərdə də hiss olunub.

Hələlik dağıntı və ya xəsarətlə bağlı məlumat verilməyib.