Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün Bakıya gələn Türkiyənin Kocaeli Böyük Şəhər Bələdiyyəsinin sədri Tahir Büyükakın Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Tahir Büyükakın Bakıda olmasından və COP29 tədbirində iştirakından məmnun olduğunu bildirib.
O, Bakı şəhərinin gözəlliyini xüsusi olaraq qeyd edərək, keçirilən beynəlxalq tədbirin yüksək səviyyədə təşkilini vurğulayıb. Qonaq, həmçinin son illərdə Azərbaycanın və Bakı şəhərinin sürətlə inkişaf etdiyini xüsusi qeyd edib.
E. Əzizov Bakı şəhəri barədə məlumat verib və qonağa 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizə həsr edilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabını təqdim edib. E.Əzizov bu gün Bakı və regionların inkişafı sürəti ilk növbədə ölkə başçısı İlham Əliyevin fəaliyyətinin nəticəsi olduğunu bildirib.