Türkiyənin bu şəhərində nəticələr ləğv olundu

turkiyenin-bu-seherinde-neticeler-legv-olundu
Oxunma sayı: 4398

Martın 31-i Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədinin qalib gəldiyi Ardahan şəhərində nəticələr ləğv olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Bildirilib ki, buna səbəb Ədalət və İnkişaf Partiyasının (AK Partiya) nəticələrə etiraz etməsidir.

Belə ki, Mərkəz Rayon Seçki Şurası AK Partiyanın ərizə ilə təqdim etdiyi dəlillərə əsaslanaraq səs çoxluğu ilə seçkilərin yenilənməsinə qərar verib. Səsvermə iyunun 2-də keçiriləcək.