Türkiyənin Nazirlər Kabineti toplanacaq

turkiyenin-nazirler-kabineti-toplanacaq
Oxunma sayı: 1013

Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada Nazirlər Kabinetinin iclası keçiriləcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin iclasında inflyasiya və qiymət artımı ilə mübarizə üçün atılacaq əlavə addımlar da müzakirə olunacaq.

Mərkəzi Bankın monetar sərtləşdirmə addımlarının bazarlara təsiri və ehtiyatlardakı son vəziyyət qiymətləndiriləcək.

İclasın digər gündəm məsələsi Türkiyənin antiterror əməliyyatlarıdır. Bu çərçivədə İstanbulda keçirilən təhlükəsizlik sammitində alınan qərarlar Nazirlər Kabinetində də müzakirə olunacaq. PKK terror təşkilatına qarşı Suriya və İraqın şimalında və ölkədə davam edən əməliyyatlar barəsində fikir mübadiləsi aparılacaq. 

Eyni zamanda, Nazirlər Kabinetinin iclasında İsrail-Fələstin qarşıdurması, Türkiyənin Qəzzada atəşkəsə nail olmaq üçün diplomatik təşəbbüsləri və Qırmızı dənizdəki gərginlik də müzakirə olunacaq.