İranda dekabrın sonunda başlayan etiraz aksiyaları hələ də davam edir. Aksiyalar zamanı 3000-ə yaxın şəxs həlak olub. Ölkənin onlarla sakini hadisələr fonunda Türkiyə ərazisinə keçməyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, həmin şəxslərdən biri də iranlı reper Meraj Tehranidir.
Türkiyəyə gedən reper sosial şəbəkə hesabında paylaşım edərək ölkəsində gördüyü dəhşətli hadisələr barədə danışıb.
“Onlar insanları qan içində boğurlar, üzərlərinə birbaşa atəş açır, onları amansızca qətlə yetirirlər”, - deyə söyləyən sənətçi göz yaşlarına hakim ola bilməyib.
Tehrani həmçinin xarici dövlətlərdən ölkəsində baş verən hadisələrlə bağlı kömək istəyib.
Həmin görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər