Ucarda 15 yaşlı yeniyetmə ana oldu - Yenilənib

ucarda-15-yasli-yeniyetme-ana-oldu
Oxunma sayı: 1792

Ucarda yeniyetmə uşaq dünyaya gətirib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”ya verilən məlumata görə, 15 yaşlı rayon sakini Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.

“Aprelin 14-də saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə doğum sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində çəkisi 1900 qram, boyu 44 sm olan oğlan uşağı dünyaya gətirib. 

Ana və uşağın vəziyyəti dəyərləndirilərək, müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Aprelin 17-də zahı kafi vəziyyətdə sahə həkimi, mama-ginekoloqun nəzarəti altında ambulator müalicə üçün evə yazılıb.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib”, - məlumatda vurğulanıb.

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan saytımıza verilən məlumata görə, Rayon Polis Şöbəsinin İstintaq Bölməsində faktla bağlı cinayət işi başlanılıb.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.