Ucarın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq

ucarin-bir-hissesinin-qaz-techizatinda-fasile-yaranacaq
Oxunma sayı: 845

Ucar rayonunun qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz” İB-dən verilən məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar, sabah saat 10:00-dan işlər başa çatanadək “Ucar” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

“Təmir işləri görülən müddətdə Ucar rayonunun bir hissəsinin (Ucar şəhəri daxil olmaqla) qaz təchizatında fasilə yaranacaq”, məlumatda qeyd edilib.