Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə (BƏƏ) keçirilən üçtərəfli sülh danışıqlarının gedişatı və yaxın gələcəkdə planlaşdırılan üçüncü raund barədə danışıb.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Kiyevə qayıdan Ukrayna nümayəndə heyəti ilə görüşərək danışıqların təfərrüatlarını müzakirə edib.
Zelenski bildirib ki, hazırda münaqişənin tam sona çatması ilə bağlı konkret bir razılıq yoxdur, çünki cəbhədəki vəziyyət və Rusiyanın son zərbələri ciddi “həyəcan siqnalı” olaraq qalır:
“Fevralın 4 və 5-də keçirilən ikinci raundda bir çox həssas məsələlər müzakirə olunub. Üçüncü görüş isə tezliklə baş tutacaq və əsas diqqət əsir mübadiləsinin genişləndirilməsinə yönələcək. Əlavə mübadilə məsələsi kəskin şəkildə qaldırılmalıdır”.
Xatırladaq ki, Zelenski Rusiyanın Donbasın (Donetsk və Luqansk vilayətləri – red.) tam ilhaqı ilə bağlı tələblərini qəti şəkildə rədd edib və ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını bir daha bəyan edib.
Son xəbərlər
Son Xəbərlər