UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
“Qafqazinfo” xəbər verir ki, turun ilk oyun günündə 4 qarşılaşma baş tutub.
Səfərdə “Nyukasl”ın (İngiltərə) qonağı olan Azərbaycan çempionu “Qarabağ” mübarizəni dayandırıb.
“Atletiko” Madriddə “Brügge”ni qəbul edib və rəqibinə qalib gələrək növbəti mərhələyə adlayıb.
İlk matçda evdə İtaliya nəhəngi “İnter”i üstələyən Norveçin “Budyo Qlimt” komandası səfərdə də qalib gəlməklə birinci görüşdə qazandığı nəticənin təsadüfi olmadığını sübut edib.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşləri
“Atletiko” (İspaniya) – “Brügge” (Belçika) 4:1
İlk oyun - 3:3
“Bayer 04” (Almaniya) – “Olimpiakos” (Yunanıstan) 0:0
İlk oyun - 2:0
“İnter” (İtaliya) – “Budyo Qlimt” (Norveç) 1:2
İlk oyun -1:3
“Nyukasl” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)
İlk oyun - 6:1.
Son xəbərlər
Son Xəbərlər