Ukrayna Kiyev vilayətini azad etdi

ukrayna-kiyev-vilayetini-azad-etdi
Oxunma sayı: 4446

Ukrayna Silahlı Qüvvələri bütün Kiyev vilayətini ruslardan azad edib.

“Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

“İrpin, Buça, Qostomel və bütün Kiyev bölgəsi işğalçılardan azad edildi”, - o qeyd edib.

Xatırladaq ki, bu gün Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Aretoviç Ukrayna hərbçilərinin Kiyev vilayətində 30-dan çox yaşayış məntəqəsini azad etdiyini bildirmişdi.