Ukrayna danışıqlar üçün Moskvaya nümayəndə heyəti göndərə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Times of Ukraine” yayıb.
Mənbələrin sözlərinə görə, rəsmi Kiyev hazırda bu məsələni nəzərdən keçirir.
Bildirilib ki, lakin burada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Ağ Evin yüksəksəviyyəli müşaviri Cared Kuşner nümayəndə heyətinin təhlükəsizliyinə zamin olaraq çıxış etməlidirlər.
Onların ukraynalı həmkarları ilə birgə Varşavadan Rusiyaya yollana biləcəkləri qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər