Ukrayna Rusiya hərbi texnikasını daşıyan qatarı vurdu

ukrayna-rusiya-herbi-texnikasini-dasiyan-qatari-vurdu
Oxunma sayı: 4989

Ukraynanın Cənub Müdafiə Qüvvələri Rusiya hərbi texnikasını daşıyan qatarı vurub.

“Qafqazinfo” bu barədə UNIAN-a istinadən xəbər verir.

“Rusiya ordusunun itkisi 13 tank, yüzdən çox zirehli texnika və avtomobildən ibarət olub”, - məlumatda deyilir.

Qatarın dəqiq harada və nə ilə vurulması ilə bağlı məlumat verilmir.