Ukrayna İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 2-də axşam müraciətində məlumat verib.
Dövlət başçısı bildirib ki, Ukrayna azadlıq uğrunda mübarizə aparan xalqları dəstəkləyir və İran hakimiyyətinin həm ölkə daxilindəki repressiyalarını, həm də Rusiya ilə hərbi əməkdaşlıq vasitəsilə qlobal müharibələrə verdiyi töhfələri yaxından izləyir. Zelenski Ukrayna şəhərlərinə hücum edən minlərlə “Şahed” PUA-sının törətdiyi dağıntıları unutmayacaqlarını vurğulayıb.
Xatırladaq ki, yanvarın 29-da Avropa İttifaqı da SEPAH-ı terror təşkilatları siyahısına daxil edib. Rəsmi Tehran isə buna cavab olaraq fevralın 1-də Avropa ölkələrinin ordularını terrorçu qruplaşmalar elan edib.
Son xəbərlər
Son Xəbərlər