“Ukraynanın Fransa ordusuna ehtiyacı yoxdur”

ukraynanin-fransa-ordusuna-ehtiyaci-yoxdur
Oxunma sayı: 3584

“Ukraynanın Fransa ordusuna ehtiyacı yoxdur. Ukrayna müqavimət göstərdikcə, Fransa ordusu öz ərazisində qala bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, Rusiya başqa bir NATO ölkəsinə hücum etsə, vəziyyət tamamilə fərqli olacaq.

Qeyd edək ki, ötən ay Fransa Prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalının istisna edilmədiyini bildirmişdi.