Ulduz futbolçuya şillə vurdular, ara qarışdı - Video

ulduz-futbolcuya-sille-vurdular-ara-qarisdi
Oxunma sayı: 1972

Ötən gün Səudiyyə Ərəbistanı liqasında keçirilən “Əl Əhli” - “Əl Nəsr” görüşündən sonra dava düşüb.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın son dəqiqələrində qol vuraraq komandasına 3:2 hesablı qələbə qazandıran meydan sahiblərinin oyunçusu Ali Majrashi rəqibin ulduz futbolçusu Joa Feliksə şillə vurub. Nəticədə komandaların oyunçuları arasında əlbəyaxa dava düşüb.

“Əl Nəsr”in ulduzu Kriştianu Ronaldo isə meydan sahiblərinin idman direktoru ilə mübahisə edib. Təhlükəsizlik qüvvələri aranı sakitləşdirib.