Universitetlərdə tətil başa çatdı - Paytaxtda sıxlıq bir az da artdı

universitetlerde-tetil-basa-catdi
Oxunma sayı: 507

Bu gündən etibarən Azərbaycan universitetlərində yaz semestri başlayır.

“Qafqazinfo” xəbər verir ki, dərslərin başlaması ilə paytaxtda nəqliyyatın sıxlığı bir az da artıb.

Yaz semestri mayın 31-də başa çatacaq.

Qeyd edək ki, yaz semestrinin başa çatmasından sonra ali təhsil müəssisələrində yay imtahan sessiyası təşkil olunacaq.