“Uran ehtiyatı dağıdılmış nüvə obyektlərinin altında qalıb”

uran-ehtiyati-dagidilmis-nuve-obyektlerinin-altinda-qalib
Oxunma sayı: 1077

“İranın zənginləşdirilmiş uran ehtiyatı dağıdılmış nüvə obyektlərinin altında qalıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “CBS News” kanalında yayımlanan “Face the Nation with Margaret Brennan” verilişində verdiyi müsahibədə deyib.

Nazir qeyd edib ki, bunun yenidən çıxarılması və ya beynəlxalq nəzarət altında məhv edilməsi üçün Tehranın hələlik aktiv bir planı yoxdur.

Əraqçi onu da bildirib ki, İran Hörmüz Boğazını bağlamayıb və hazırda bəzi ölkələrlə gəmi təhlükəsizliyi məsələləri barədə məsləhətləşmələr aparır.