Vado Korovin vəzifəsindən azad olundu - Kürəkəni əvəz edir...

vado-korovin-vezifesinden-azad-olundu
Oxunma sayı: 10386

“Space” Televiziyasının baş direktoru Vado Korovin tutduğu vəzifədən azad edilib.

“Qafqazinfo” Manset.az-a istinadən xəbər verir ki, hazırda “Space”də bütün idarəetmə və səlahiyyətlər İcraçı direktor Nəriman Əbdüləliyev tərəfindən icra olunur. 

Qeyd edək ki, ötən gün “Space”də yoxlamalar aparıldığına dair məlumatlar yayılmışdı.

***
Məlumat üçün bildirək ki, Nəriman Əbdüləliyev Vado Korovinin kürəkənidir. Onun həyat yoldaşı Zemfira Korovina da “Space”də rəhbər vəzifələrdən birini tutur.