Vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı

vaksinasiya-ile-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 717

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 791 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 301, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 261, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 057, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 172 nəfərdir.