Venesuelada Prezident Sarayı ətrafında silah səsləri eşidildi - Fotolar - Video

venesuelada-prezident-sarayi-etrafinda-silah-sesleri-esidildi
Oxunma sayı: 1907

Prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin ABŞ tərəfindən tutularaq məhkəməyə çıxarılmasından sonra Venesuelada gərgin anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, Miraflores Prezident Sarayının ətrafında çoxsaylı silah səsləri eşidilib və ərazidən motosikletlərin keçdiyi müşahidə olunub.

Vəziyyətin nəzarət altında olduğu bildirilsə də, silah səsləri səbəbindən vətəndaşlar arasında təşviş yaşanıb.

Yerli medianın məlumatına görə, təhlükəsizlik qüvvələri sarayın ətrafında icazəsiz uçan naməlum pilotsuz uçuş aparatlarına (PUA) atəş açıb. Yayılan videolarda silah səsləri eşidilir və ərazidən motosikletlərin keçdiyi görünür.

Hökumətə yaxın mənbələr Prezident Sarayı ətrafındakı vəziyyətin nəzarət altında olduğunu açıqlayıb.