Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunu təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, dəyişikliklər yerli istehsal avtobusların satışının ƏDV-dən azad edilməsi, insanların mədəniyyət müəssisələrinə ödədiyi ƏDV-nin 50 %-nin geri qaytarılması, bərpa olunan enerji layihələri ilə bağlı avadanlıqların idxalının vergidən azad edilməsini, dəmir yolu ilə daşınan tranzit yüklərin yol vergisindən azad edilməsi və digər məsələləri əhatə edir.
Son xəbərlər
Son Xəbərlər