Vəzifəli şəxs atası ilə eyni gündə koronavirusdan öldü - Foto

vezifeli-sexs-atasi-ile-eyni-gunde-koronavirusdan-oldu
Oxunma sayı: 7322

Azərbaycanda daha bir məmur koronavirusdan vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin hərbi komissarının müavini Vüsal Mirzəyev dünyasını dəyişib. Koronavirusa yoluxan V. Mirzəyev ötən gün vəfat edib. 

Məlumatı Zərdab rayon İcra Hakimiyyətindən saytımıza təsdiqləyiblər.

Bildirilir ki, V. Mirzəyevin atası Cərulla Cərullayev da eyni gündə koronavirusdan dünyasını dəyişib. C. Cərullayev təqaüdçü olub. Hər iki şəxs dünən doğulduqları Zərdab rayonunda torpağa tapşırılıb.

Günel Türksoy