Vida mərasimindəki davranışları gündəm oldu - Video

vida-merasimindeki-davranislari-gundem-oldu
Oxunma sayı: 1015

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının mərhum senatoru Lindsi Qremin Vaşinqtonda keçirilən vida mərasimində diqqətçəkən davranışı ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, 71 yaşında vəfat edən Qremlə vida mərasimi Vaşinqton Milli Kafedralında keçirilib.

Mərasimdə ABŞ Prezidenti Donald Tramp, Vitse-prezident Ceyms Devid Vens, maliyyə naziri Skott Bessent, İsrailin Baş naziri Benyamin Netanyahu və Ukrayna Prezidenti Volodimir Zelenski də daxil olmaqla, bir sıra yüksəksəviyyəli şəxslər iştirak edib.

Mərasimdə Qrem haqqında vida nitqi söyləyən Tramp onunla son 10 ildə yaxın dost olduğunu bildirib və mərhum senatorun ABŞ siyasətindəki rolunu yüksək qiymətləndirib.

Lakin mərasimin ciddi və hüznlü atmosferində Tramp, Vens və Bessentin davranışı sosial mediada ayrıca müzakirə mövzusuna çevrilib.

Dini himnlərin səsləndiyi və mərasim iştirakçılarının ön sırada əyləşdiyi vaxt kameralara düşən görüntülərdə Trampın cibindən kiçik bir konfet çıxardığı görünür.

Tramp daha sonra konfetlərdən birini Vensə təklif edib. Vens də bu jestə reaksiya verib və həmin an maliyyə naziri Skott Bessentin də iştirakı ilə üçlük arasında qısa, qeyri-rəsmi söhbət və gülüş yaşanıb.

Qəmgin mərasim zamanı Tramp, Vens və Bessentin şirniyyat mübadiləsi etməsi kameralara düşdükdən sonra görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.

Qeyd edək ki, Lindsi Qrem iyulun 11-də 71 yaşında “qəfil və qısamüddətli xəstəlik” səbəbindən vəfat edib. Vaşinqtondakı rəsmi vida mərasimindən sonra onun nəşi doğulduğu Cənubi Karolinaya aparılacaq. Qrem iyulun 29-da ailəsinin təşkil etdiyi xüsusi mərasimlə dəfn olunacaq.