“Viktoriya”nın baş məşqçisi “Qarabağ”la oynamaq istəmirmiş

viktoriyanin-bas-mesqcisi-qarabagla-oynamaq-istemirmis
Oxunma sayı: 6133

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın “Viktoriya” klubu ilə qarşılaşacaq.

“Qafqazinfo” xəbər verir ki, Plzen təmsilçisinin baş məşqçisi Mixal Bilek III təsnifat mərhələsinin “Şerif”i məğlub etdikləri cavab görüşündən sonra mətbuat konfransında açıqlama verib. O, “Qarabağ” haqda məlumatının olmadığını deyib:

“Daha çox “Ferentsvaroş”la oynamaq istəyirdim. “Qarabağ” haqda o qədər də məlumatım yoxdur. Macarıstanda əla nəticə qazandılar. Bu, “Qarabağ”ın yüksək keyfiyyətindən xəbər verir. Bizi asan heç nə gözləmir. Yəqin ki Bakıda hava çox isti olacaq. Böyük bir uğur əldə etmək üçün iki oyunumuz qalıb. Bunun üçün mübarizə apracağıq. Məqsədimiz qrup mərhələsinə düşməkdir”.

Qeyd edək ki, “Qarabağ” “Viktoriya” ilə ilk oyunu avqustun 17-si Bakıda keçirəcək. Komandalar arasında cavab matçı isə 23 avqust tarixində Çexiyada baş tutacaq.