Vilayət Eyvazov onu rəis təyin etdi

vilayet-eyvazov-onu-reis-teyin-etdi
Oxunma sayı: 11020

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakıda polis bölmələrindən birinə rəis təyinatı edib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, nazirin əmri ilə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi, polis mayoru Rəşad Quliyev vəzifəsindən azad olunub.

Nazirin əmri ilə onun yerinə Nərimanov RPİ 16-cı Polis Bölməsinin rəis müavini, polis mayoru Məhəmməd Əhmədbəyli təyin olunub.

Murad Əhməd