“Volvo” ilə 36 yaşlı kişini öldürüb qaçdı

volvo-ile-36-yasli-kisini-oldurub-qacdi
Oxunma sayı: 2648

Ötən gecə Sumqayıtda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, saat 23:12-də 1985-ci il təvəllüdlü Pənahov Anar Əlirza oğlu “Volvo XC-90” markalı avtomobillə piyadanı vurub.

Belə ki, avtomobil yaş asfalt örtüklü yolda, piyada keçidi olmayan yerdə 1988-ci il təvəllüdlü Məmmədov Elvin Sahib oğlunu vurub.

Sürücü hadisə yerindən qaçıb. Piyada Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım xəstəxanasına çatdırılmasına baxmayaraq, ölüb.

Faktla bağlı cinayət işi başlanaraq, istintaq aparılır.