Vüqar Nadirov atasının məzarını tapdı, ziyarət etdi - Fotolar

vuqar-nadirov-atasinin-mezarini-tapdi-ziyaret-etdi
Oxunma sayı: 4875

“Qarabağ”ın və Azərbaycan yığmasının sabiq futbolçusu, “Şəmkir” klubunun baş məşqçisi Vüqar Nadirov atası Ərşad Nadirovun məzarını ziyarət edib.

Bu barədə “Qafqazinfo”ya futbolçu özü məlumat verib. 

O bildirib ki, Ağdama dəfələrlə getsə də, atasının məzarını yalnız indi tapa biliblər:

“Bacımlarımla birlikdə Ağdama, Uzundərə ərazisinə getmişdik. Birinci Qarabağ müharibəsində şəhid olmuş atam Ərşad Nadirovun məzarını tapdıq. Bunda atamın iki döyüş yoldaşının da böyük rolu oldu. Onun öz vəsiyyəti ilə Uzundərə ərazisindəki təpədə dəfn edilib”.

Qeyd edək ki, Vüqar Nadirovun atası Ərşad Nadirov Birinci Qarabağ müharibəsində batalyon komandiri olub.