Vüqar Qurbanovdan yeni direktor təyinatları

vuqar-qurbanovdan-yeni-direktor-teyinatlari
Oxunma sayı: 7003

Bir neçə tibb müəssisəsində yeni direktor təyinatları olub.

Bu barədə “Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Nizami Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-terapevt Eldar Abbasov, Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-oftalmoloq Aybəniz Saniyeva, Şabran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-radioloq Səxavət Cəbrayılov, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-uroloq Samir Allahverdiyev təyin olunub.

Rəsmi məlumata görə, ötən gün Vüqar Qurbanov TƏBİB-də yeni təyinat alan direktorları qəbul edib.

Həmçinin oxuyun: “Должны были снять фильм об Отечественной войне, но деньги были растрачены” - Видео