Vüqar Qurbanovun səlahiyyəti artırıldı

vuqar-qurbanovun-selahiyyeti-artirildi
Oxunma sayı: 8628

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun səlahiyyəti artırılıb.

“Qafqazinfo”nun məlumatına görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmana etdiyi dəyişiklikdə əksini tapıb.

Həmçinin oxuyun: Завтра ожидаются осадки

İndiyə qədər TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor və onun 3 (üç) müavini həyata keçirib. Dəyişikliyə əsasən, TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirəcək.

İcraçı direktorun Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 müavini olacaq.

Qeyd edək ki, hazırda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur.