“Xaç atası - 2” filminin aktyoru vəfat etdi

xac-atasi-2-filminin-aktyoru-vefat-etdi
Oxunma sayı: 1688

Amerikalı aktyor, prodüser və senarist Denni Ayello 86 yaşında dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə  “The Hollywood Reporter” xəbər verib.

Ayellonun nümayəndəsi Treysi Millerin sözlərinə görə, o, dekabrın 12-də axşam saatlarında qısa sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, Denni Ayello 1933-cü il iyunun 20-də Nyu-Yorkda anadan olub. Ayello daha çox Toni Rozatonun "Xaç atası - 2" filmindəki rolu ilə məşhurdur. O, həmçinin "Leon", “Slevinin xoşbəxt rəqəmi”, “Bir dəfə Amerikada” və s. filmlərdə yer alıb.