“Xaliq Faiqoğlu” şirkətində YAP-ın 27-ci ildönümünü təntənəli qeyd edildi - Fotolar

“Xaliq Faiqoğlu” şirkətində YAP-ın 27-ci ildönümünü təntənəli qeyd edildi
Oxunma sayı: 900

Dünən Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Binəqədi rayonu, Mir Cəlal 1 D ünvanlı (“Xaliq Faiqoğlu” şirkəti) ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Milli Məclisin komitə sədri, YAP-ın idarə heyətinin üzvü Eldar İbrahimov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, “Xaliq Faiqoğlu” şirkəti ərazi ilk partiya təşkilatının sədri Faiq Seyidov, Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, partiya fəalları, media nümayəndələri və gənclər iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bütün qonaqları salamlayıb, partiyanın yaradılmasının ildönümü ilə əlaqədar keçirilən tədbirdə birgə iştirakdan məmnunluğunu bildirib.

YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Mir Cəlal 1 D ünvanlı (“Xaliq Faiqoğlu” şirkəti) ərazi ilk partiya təşkilatının sədri Faiq Seyidov çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır və bu gün 27 illik uğurlu siyasi fəaliyyətimizin qələbəsini təntənə ilə qeyd edirik. Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub. Məhz bu səbəbdəndir ki, üzvlərinin sayı 700 mindən çox olan partiyamıza bu gün də axın davam etməkdədir.

Yekunda nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bu əlamətdar hadisə münasibətilə xalqımızı və bütün partiya fəallarını təbrik edib.

 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi