Xalq Bank istehlak krediti kampaniyasının şərtlərini yeniləyərək daha əlçatan edib.
Artıq stabil iş yeri olan şəxslər istehlak kreditini kredit müddətindən asılı olmayaraq illik cəmi 12 %-lə əldə edə bilərlər. Bundan əlavə, maksimal kredit məbləği də artırılaraq zaminliklə 35 000 manat, təminatsız 20 000 manat olaraq müəyyənləşib.
Kampaniya şərtlərinə əsasən müştərilər istehlak kreditini 48 ay müddətinə əldə edərək sərfəli aylıq ödənişlə rahatlıqla ödəyə bilərlər. Müraciətçi sonuncu iş yerində 12 aylıq iş stajına malik olmalıdır.
31 dekabr 2023-cü il tarixədək qüvvədə olan kampaniyadan yararlanmaq istəyənlər Xalq Bankın istənilən filialına, cari Xalq Bank müştəriləri isə həm də “XalqOnline” tətbiqi üzərindən müraciət edə bilərlər.
Bank xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və “138” Məlumat mərkəzindən əldə edə bilərsiniz.
Son xəbərlər
Son Xəbərlər