“Qafqazinfo”nun məlumatına görə, şairə oğlu Fəridə həsr etdiyi “Oğlum” adlı şeiri sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, Xanım İsmayılqızının oğlunun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.
Susuzluqdan yanıram,
Ovcunda su ver içim.
O suya bir az ürəyini qoy,
Bir az hərarətini çilə,
İçim, dirilim damla-damla,
Gilə-gilə...
Sönsün quraqlıq odum,
Qurtum-qurtum doğulum....
Oğlum...