Xanımlara biletlər 30% endirimlə! - AZAL-dan kampaniya

xanimlara-biletler-30-endirimle
Oxunma sayı: 2702

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan Hava Yolları” bəşəriyyətin zərif yarısının nümayəndələri üçün Bakıdan məşhur istiqamətlər üzrə aviabiletlərə 30% güzəşt elan edib.

“Qafqazinfo” xəbər verir ki, aviabiletləri martın 6-dan 8-dək aviaşirkətin 13 marşrutu (gediş-gəliş) üzrə güzəştlə əldə etmək mümkündür. Aksiya çərçivəsində aviabiletlər 28 mart-20 aprel 2023-cü il tarixləri arasında uçuşlara şamil edilir.

Belə ki, Bakıdan aşağıdakı şəhərlər üzrə uçuşlara 30% güzəşt tətbiq olunur: Milan, London, Praqa, Berlin, Dubay, İstanbul, Antalya, Moskva (“Domodedovo” və “Vnukovo” hava limanları), Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Astana, Almatı.

Sözügedən reyslərə aviabiletləri aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərindən, həmçinin [email protected] elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət etməklə əldə etmək olar.

Qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibətilə AZAL bütün xanımları təbrik edir və onlara xoşbəxtlik, firavanlıq və gözəl əhval-ruhiyyə, həmçinin aviaşirkətlə maraqlı səyahətlər arzulayır!