Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib - Fotolar

xankendide-qarabag-tehsil-ve-terefdasliq-forumu-kecirilib
Oxunma sayı: 1739

Bu gün Qarabağ Universitetində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil və dövlət-özəl tərəfdaşlığının inkişafını təşviq etmək məqsədi daşıyan “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib.

“Qafqazinfo” xəbər verir ki, forum “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin tərəfdaşlığı, Qarabağ Dirçəliş Fondu, Təhsilin İnkişafı Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

Forumda dövlət qurumlarının nümayəndələri, bölgədə yerləşən xüsusi nümayəndəliklərin heyəti, özəl sektor təmsilçiləri, Qarabağ Universitetinin professor-müəllim heyəti olmaqla 200-dən çox iştirakçı yer alıb.

Forumun açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış ediblər.

Fərqli sektorları təmsil edən qurumlar və şirkətlərlə Təhsilin İnkişafı Fondu arasında “Qarabağ Təqaüd Proqramı”nın təsis olunması haqqında əməkdaşlıq memorandumunun imzalanması Forumun əsas nəticələrindən biri olub. Burada əsas məqsəd regionun sosial-iqtisadi inkişafına töhfə vermək, dövlət-özəl sektor əməkdaşlığını gücləndirmək, eləcə də gəncləri Qarabağa yönləndirmək və regiona olan marağı artırmaq, tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etməkdir.

Burada əsas məqsəd regionun sosial-iqtisadi inkişafına töhfə vermək, dövlət-özəl sektor əməkdaşlığını gücləndirmək, eləcə də gəncləri Qarabağa yönləndirmək və regiona olan marağı artırmaq, tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etməkdir. Təqaüd proqramı bölgədə insan kapitalının formalaşdırılmasına xidmət etməklə yanaşı, sosial həssas qruplara dəstək göstərməyi və akademik nailiyyətləri yüksək olan tələbələrin motivasiyasını artırmağı hədəfləyir.

Daha sonra Forum çərçivəsində peşəkar moderator və spikerlərin iştirakı ilə iki fərqli mövzu üzrə panel müzakirəsi təşkil olunub.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluğu ilə keçirilən “Böyük Qayıdış: çağırışlar və imkanlar” adlı I paneldə elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Qarabağ Universitetinin rektoru Şahin Bayramov spiker qismində çıxış edərək bölgənin yenidən qurulması və insan resurslarının inkişafı məsələlərinə toxunublar.

II panel isə “Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları” mövzusuna həsr olunub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun moderator qismində çıxış etdiyi paneldə “Veysəloğlu” Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədrinin müavini Taleh Tahirli, “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev bölgədə dövlət-özəl tərəfdaşlığının perspektivləri və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Forum Qarabağ Universitetinin müəllim-tələbə heyətinin ifasında milli musiqilərimizin səsləndirildiyi bədii hissə ilə başa çatıb.