Xaricdə təhsil almaq istəyənlər nələrə diqqət yetirməlidir? - AzTV vacib məqamları açıqladı

xaricde-tehsil-almaq-isteyenler-nelere-diqqet-yetirmelidir
Oxunma sayı: 361

Xaricdə təhsil almaq istəyən tələbə və valideynlər üçün universitet seçimi qəbul şərtləri və təhsil haqqı ilə məhdudlaşmır. Universitetin hüquqi statusu, akkreditasiyası, seçilən ixtisasın xüsusiyyətləri, təhsilalma forması, tədris dili və məzun olduqdan sonra diplomun tanınması qərar verməzdən əvvəl araşdırılmalıdır.

“Qafqazinfo” xəbər verir ki, son illərdə xaricdə təhsil imkanlarının genişlənməsi seçimləri artırsa da, düzgün qərar üçün ətraflı araşdırma tələb olunur.

Tələbə müraciət etməzdən əvvəl universitetin fəaliyyət göstərdiyi ölkədə hüquqi statusunu, akkreditasiyasını və seçilən proqramın statusunu dəqiqləşdirməlidir.

Bu məsələlərin aktuallığını xarici kvalifikasiyaların tanınması ilə bağlı statistika da göstərir. 2025-ci ilin sentyabrından 2026-cı ilin iyununa qədər xarici kvalifikasiyaların tanınması ilə bağlı 5 607 müraciət daxil olub. Ekspertizası yekunlaşan müraciətlər üzrə 764 xarici kvalifikasiyaya mənfi rəy verilib. Bu göstəricilər xaricdə təhsil seçərkən yalnız qəbul imkanlarına deyil, təhsilin sonrakı mərhələlərinə də diqqət yetirməyin vacibliyini göstərir.

Diplomun tanınması əvvəlcədən araşdırılmalıdır

Xaricdə təhsil planlaşdıranların əsas suallarından biri məzun olduqdan sonra əldə edilən diplomun Azərbaycanda tanınıb-tanınmayacağıdır. Bu məsələdə yalnız universitetin və ya təhsil şirkətinin təqdim etdiyi məlumatla kifayətlənmək düzgün deyil. Tələbə mövcud tələbləri rəsmi mənbələrdən araşdırmalı, seçdiyi təhsil modelinin həmin tələblərə uyğunluğunu əvvəlcədən dəqiqləşdirməlidir. Təhsilalma forması, müddəti və ixtisasın xüsusiyyətləri xüsusi diqqətdə saxlanılmalıdır.

“Marmara Group” ilə düzgün universitet seçimi

Beynəlxalq təhsil sahəsində 15 ildən artıq təcrübəyə malik Marmara Group universitet seçiminə kompleks yanaşmanı vacib hesab edir. 2011-ci ildən fəaliyyət göstərən şirkət müxtəlif ölkələrdə yerləşən ali təhsil müəssisələri ilə rəsmi əməkdaşlıqlar həyata keçirir və 10 mindən çox tələbənin xaricdə təhsil prosesinə dəstək göstərib.

“Marmara Group”un yanaşmasına görə, universitet və ixtisas seçimi zamanı tələbənin akademik göstəriciləri, məqsədləri, təhsilalma forması, tədris dili, proqramın məzmunu və gələcək karyera imkanları birlikdə qiymətləndirilməlidir. Şirkət universitet və ixtisas seçimindən sənədləşmə və qəbul prosesinə qədər tələbələrə mərhələlərdə dəstək göstərir.

Mövzu ilə bağlı “Marmara Group”da xaricdə təhsil zamanı universitet seçimi, təhsilin hüquqi əsasları və diqqət edilməli məqamlarla bağlı AzTV-nin xəbər proqramında da açıqlamalar verilib.

AzTV-yə açıqlamanı təqdim edirik:

Təhsil şirkəti seçərkən nələrə diqqət edilməlidir?

Şirkətlə əməkdaşlıq etməzdən əvvəl onun fəaliyyət tarixçəsi, universitetlərlə əməkdaşlıqlarının xarakteri, məlumat mənbələri və göstərdiyi xidmətlərin əhatə dairəsi araşdırılmalıdır. “Diplom mütləq tanınacaq” və ya “universitetə getmədən diplom əldə etmək mümkündür” kimi qəti vədlərə ehtiyatla yanaşmaq vacibdir.

Xaricdə təhsil yalnız universitetə qəbul deyil, karyeraya qoyulan uzunmüddətli investisiyadır. Buna görə seçim zamanı reytinq və təhsil haqqı ilə yanaşı, proqramın məzmunu, ixtisasın perspektivi, tədris dili, təhsilalma forması və diplomun gələcək istifadə imkanları da qiymətləndirilməlidir.

Qərar rəsmi məlumatların araşdırılması və tələbənin akademik və karyera məqsədlərinə uyğun seçimlə başlayır.

Ətraflı məlumat üçün “Marmara Group”a müraciət edə bilərsiniz.