“Xeyr, bunu etməyi planlaşdırmırıq” - Tramp

xeyr-bunu-etmeyi-planlasdirmiriq
Oxunma sayı: 2420

ABŞ Ukraynanı uzaqmənzilli raketlərlə təchiz etməyi planlaşdırmadığını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ABŞ Prezidenti Donald Tramp mümkün tədarüklərlə bağlı sualı cavablandıran zaman danışıb.

“Xeyr, biz bunu etməyi planlaşdırmırıq”, - Tramp bildirib.

Qeyd edək ki, iyulun 14-də NATO-nun Baş katibi Mark Rutte ilə görüşdə Tramp Avropadakı müttəfiqlər tərəfindən maliyyələşdirilən 17 “Patriot” hava hücumundan müdafiə sisteminin Avropada yerləşdirilməsi üçün Ukraynaya təhvil verildiyini açıqlayıb.