Xəzər Neftçini yenə uddu... - 10:0

xezer-neftcini-yene-uddu-
Oxunma sayı: 7140

Xəbər verdiyimiz kimi bu gün Xəzər dənizində 10 neftçinin itkin düşməsi ilə nəticələnən növbəti faciə baş verib.

Bu hadisə ötən ilin dekabrında “Günəşli” yatağında baş verən yanğını yada salmaqla yanaşı, ondan sonra Xəzərdə baş verən ən böyük faciə hesab olunur.

Ötən ilki “Günəşli” faciəsi kimi, bu gün baş verən olay da insanları duyğulandırıb. Baş verən faciəyə sosial şəbəkələrdə emosional reaksiyalar verilib. “Qafqazinfo” bu məqamda sosial şəbəkələrdə insanların hadisəyə verdiyi bir neçə maraqlı və təsirli reaksiyanı təqdim edir:

“Xəzər Neftçini yenə uddu – 10:0” (Emin Səfərov)

“Hər dekabr qanımız neftdən də qara olur” (Kəmalə)

SOCAR-ın başı üzərindən qara buludlar açılmır... İndi də 10 nəfər neftçini ağuşuna aldı qəzəbli Xəzər...Allah rəhmət eləsin!” (İlham Şaban)

"Ayrı vaxtı Xəzərdən neft qoxusu gələrdi, indi isə qan" (Oğuz Şirinli).