Xəzər rayonunda daha bir məhəllə abadlaşdırıldı - Fotolar

Xəzər rayonunda daha bir məhəllə abadlaşdırıldı
Oxunma sayı: 1873

Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Neqsol” Holdinq tərəfindən rayonun Binə qəsəbəsindəki 2146-cı məhəllə abadlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, yeni salınan abad məhəllədə uşaqların, eləcə də böyüklərin idmanla məşğul olması üçün uşaq əyləncə və idman qurğuları, mini-futbol meydançası, sakinlərin istirahəti üçün söhbətgahlar, skamyalar, gecə işıqları üçün dirəklər quraşdırılıb, binalarının dam örtükləri, fasad və pilləkən qəfəsləri əsaslı təmir edilib.

Həmçinin, mövcud ağaclarda budama işləri aparılaraq, yeni yaşıllıqların salınması, yeni ağac və gül kolları əkilib.

Açılış mərasimində Xəzər RİH başçısının I müavini Elşən Qurbanov, təmir işlərini həyata keçirən “Neqsol” Holdinqin nümayəndəsi İsrail Asaliyev, RİH Aparatının şöbə müdirləri, Binə qəsəbə nümayəndələri, Binə bələdiyyəsi, şəhid ailələri, ağsaqqallar və yerli sakinlər iştirak eedib.

Mərasimi giriş sözü ilə Xəzər RİH başçısının I müavini Elşən Qurbanov açaraq tədbir iştirakçılarını salamlamış, sakinlər üçün görülmüş işlərə görə ölkə rəhbərliyinə, Heydər Əliyev Fonduna və “Neqsol” Holdinqin rəhbərliyinə təşəkkürünü bildirib.

Mərasimdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı şəhid Elçin Mansurovun anası Məlyekə Məcidova və şəhid qardaşlar İman və Bəhram Məmmədzadələrin atası Elman Məmmədzadə və yerli sakinlər qısa müddət ərzində Binə qəsəbəsində "Abad Məhəllə"lərin və istirahət parklarının salınmasına və bütövlükdə qəsəbədə gedən tikinti-quruculuq və genişmiqyaslı abadlıq işlərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.