Xəzər rayonunda ehtiyacı olanlara növbəti ərzaq yardımları paylanıb - Fotolar

xezer-rayonunda-ehtiyaci-olanlara-novbeti-erzaq-yardimlari-paylanib
Oxunma sayı: 1993

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq yardımları, tibbi vasitələr, infeksiyadan qorunmaq üçün müxtəlif maarifləndirici çap materialları paylanılır və onların problemləri dinlənilir.

“Qafqazinfo” xəbər verir ki, bu gün Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarına dəstək olaraq Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonun Şağan qəsəbəsində yaşayan 200 tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, eləcə də vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib və sakinlərdən bu həssas dövrdə evdə qalmaları, ciddi karantin rejiminə və müəyyən edilmiş sosial izolyasiya tələblərinə əməl etmələri xahiş olunub.

Ümumilikdə Rayon İcra Hakimiyyəti ilə yanaşı bu aksiyaya qoşulan Heydər Əliyev Fondunun sosial layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi, Xəzər rayonunu Milli Məclisdə təmsil edən Millət vəkilləri, YAP Xəzər rayon təşkilatı, yerli özünü idarəetmə orqanları (Bələdiyyələr), rayon üzrə fəaliyyət göstərən iş adamları və könüllü yardım edən xeyirxah insanlar tərəfindən karantin rejimi dövründə evdən çıxması qadağan olunan yaşı 65-dən yuxarı, tənha yaşayan, imkansız, ehtiyacı olan 3100 ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.