Xəzər rayonunda mobil qruplar tərəfindən növbəti reydlər keçirilib - Fotolar

xezer-rayonunda-mobil-qruplar-terefinden-novbeti-reydler-kecirilib
Oxunma sayı: 1859

Xəzər  rayonunda koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına nəzarət məqsədi ilə mobil qruplar tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında reydlər davamlı olaraq həyata keçirilir.

“Qafqazinfo”nun məlumatına görə, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, rayon polis əməkdaşları və mobil qrup üzvləri tərəfindən karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ticarət, ictimai iaşə və digər obyektlərdə mütəmadi olaraq reydlər keçirir, əhalinin kütləvi şəkildə toplaşdığı meydan və parklarda maarifləndirici təbliğat işləri aparılır. 

Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının vacibliyi izah olunur və tövsiyələr verilir. 

Eyni zamanda, karantin qaydalarını pozan ticarət və ictimai iaşə obyektlərinin sahibləri, həmçinin vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada barələrində protokollar tərtib olunaraq cərimələnirlər.

Keçirilən reydlərlə yanaşı, Xəzər könüllüləri tərəfindən vətəndaşlara tibbi maskaların paylanılması, insanların sıx olduğu yerlərdə, dayanacaqlarda, bankomatların və ticarət obyektlərinin qarşısında çap materaillarından ibarət xəbardaredici və maarifləndirici təbliğat vasitələrinin vurulması işləri mütəmadi olaraq aparılır.

Bundan əlavə, rayon ərazisində əhalinin sağlamlığının qorunması məqsədilə gündəlik olaraq qrafik üzrə küçə və prospektlərin səkiləri, park və bağların ətraf əraziləri, əsasən də binaların həyətləri, girişləri, liftlər və sakinlərin daha çox istifadə etdiyi digər yerlər dezinfeksiya edilir.