Xəzər rayonunda Nəsiminin yubileyi ilə bağlı ədəbi-bədii gecə keçirilib

xezer-rayonunda-nesiminin-yubileyi-ile-bagli-edebi-bedii-gece-kecirilib
Oxunma sayı: 1344

Bu gün Mərdəkan Mədəniyyət Sarayında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Xəzər RİH Başçısı Elşən Salahov, millət vəkilləri Rauf Əliyev və Ziyad Səmədzadə, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Xalq artisti - Rasim Balayev, Yazıçılar Birliyinin Xəzər rayon Bölməsinin sədri Arif Buzovnalı, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Yazıçılar Birliyinin Cənub bölməsinin müdiri Sayman Aruz, RİH Başçısının müavinləri və Aparatın əməkdaşları, rayon ziyalıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə rayon məktəblilərinin İmadəddin Nəsimi yaradıcılığına həsr etdikləri əl işlərindən ibarət sərgi ilə tanış olublar. Tədbirin sonunda Xəzər RİH Başçısı Elşən Salahov, millət vəkilləri Rauf Əliyev və Ziyad Səmədzadə tərəfindən qonaqlara Xəzər RİH Başçısının   Fəxri Fərmanları təqdim olunub.