Xəzər rayonunda ehtiyacı olanlara ərzaq yardımları paylanıldı - Fotolar

xezer-rayonunda-ehtiyaci-olanlara-erzaq-yardimlari-paylanildi
Oxunma sayı: 1832

Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq yardımları, tibbi vasitələr, infeksiyadan qorunmaq üçün müxtəlif maarifləndirici çap materialları paylanılır və onların problemləri dinlənilir.

“Qafqazinfo” xəbər verir ki, ümumilikdə Rayon İcra Hakimiyyəti ilə yanaşı bu nəcib aksiyaya qoşulan Heydər Əliyev Fondunun sosial layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi, Xəzər rayonunu Milli Məclisdə təmsil edən millət vəkilləri, YAP Xəzər rayon təşkilatı, yerli özünü idarəetmə orqanları (Bələdiyyələr), rayon üzrə fəaliyyət göstərən iş adamları və könüllü yardım edən xeyirxah insanlar tərəfindən mütəmadi olaraq rayonda yaşayan tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır. 

Bu gün “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən layihə çərçivəsində Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən növbəti dəfə rayonda yaşayan tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirən vətəndaşlar, pandemiya ilə mübarizədə dövlətin həyata keçirdiyi tədbirlərdən razılıq ifadə ediblər.