Xəzər dənizində zəlzələ qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 13:32-də qeydə alınıb.
Zəlzələnin dərinliyi 72 kilometr, maqnitudası isə 3,3-dür.