XİN Hindistana başsağlığı verdi

xin-hindistana-bassagligi-verdi
Oxunma sayı: 2052

Azərbaycan Xarici İşlər Nazirliyi Əhmədabadda baş verən sərnişin təyyarəsi qəzası ilə bağlı Hindistana başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib. 

“Hindistanın Əhmədabad şəhərində faciəvi təyyarə qəzası barədə xəbər bizi dərindən kədərləndirdi. Hadisə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Qarşıdakı günlərdə güc və şəfa diləyirik”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, ən son məlumata görə, qəza zamanı 133 nəfər həlak olub.