Fransa polisi “X” şirkətinin Parisdə yerləşən ofisində axtarış aparır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Telegram” messencerinin yaradıcısı Pavel Durov bildirib.
“Fransa yeganə ölkədir ki, insanlara azacıq da olsun azadlıq təqdim edən bütün sosial şəbəkələri - “Telegram”, “X”, “TikTok”u cinayət məsuliyyətinə cəlb edir... Yanılmayın: bu, azad ölkə deyil”, - Durov yazıb.
Fransa prokurorluğu milyarder İlon Maskı və “X” şirkətinin keçmiş baş direktoru, sahibkar Linda Yakkarinonu 20 aprel 2026-cı il tarixində ifadə verməyə çağırıb.
“Hazırkı mərhələdə bu istintaqın aparılması konstruktiv yanaşmanın bir hissəsidir. Məqsəd isə son nəticədə “X” platformasının fəaliyyətinin Fransa qanunvericiliyinə uyğunluğunu təmin etməkdir”, - qurumun bəyanatında deyilir.
Son xəbərlər
Son Xəbərlər