“XİN seçkilərlə bağlı öz üzərinə düşəni icra etməyə başlayıb” - Yenilənib

xin-seckilerle-bagli-oz-uzerine-duseni-icra-etmeye-baslayib
Oxunma sayı: 1729

“2023-cü il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin xarici siyasi kursu uğurla həyata keçirilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu ilin yekunlarına dair keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, 2023-cü il Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi ilə yadda qalıb.

“Bu il Ruminiya, Bolqarıstan, Albaniya və Monteneqronun dövlət və hökumət başçılarının Azərbaycana, dövlət başçısının isə Macarıstan, Bolqarıstan, Bosniya və Herseqovina və Serbiyaya səfərləri baş tutub. İlboyu Yaxın Şərq və Afrika ölkələri ilə ənənəvi yaxın münasibətlər daha da inkişaf etdirilib, Cənubi, Mərkəzi və Şimali Amerika ölkələri ilə isə dialoq davam etdirilib”, - deyə nazir qeyd edib. 

Eyni zamanda nazir vurğulayıb ki, il ərzində 44 ölkə ilə müxtəlif sahələrdə 161 sənəd imzalanıb: “2023-cü ildə Azərbaycanın Slovakiyada Səfirliyi təsis edilib ki, bununla da ölkəmizin xarici ölkələrdəki diplomatik missiyalarının ümumi sayı 90-na çatıb. Həmçinin Azərbaycanla Avropa İttifaqı arasında bir sıra sahələrdə dialoq davam etdirilib.

***

Ceyhun Bayramovun sözlərinə görə, Xarici İşlər Nazirliyi fevralın 7-si ölkəmizdə keçiriləcək növbədənkənar seçkilərlə bağlı öz üzərinə düşəni icra etməyə başlayıb.

O bildirib ki, ölkəmizdəki seçkilərin tam şəffaf və açıq formada keçirilməsi üçün beynəlxalq müşahidəçilərin dəvət olunması ilə işə artıq başlanılıb.

Günel İbrahimova