Xırdalanda güclü yanğın - Video

xirdalanda-guclu-yangin
Oxunma sayı: 3827

Bu gün Abşeron rayonu Xırdalan şəhərində yaşayış evində yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, Şıxəli Qurbanov küçəsi 10 ünvanında yerləşən evin dam hissəsini alov bürüyüb. Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, “112” qaynar telefon xəttinə Abşeron rayonu Xırdalan şəhəri ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və evin dam örtüyündə baş vermiş yanğın yanğınsöndürənlər tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.