“Qafqazinfo”nun məlumatına görə, “ATV maqazin” verilişinə açıqlamasında xalq artisti daim ona pislik etmək istəyən şəxsləri nəzarətdə saxladığını bildirib: “İlhamə hər şeyi üzə deyir, xoşum gəlməyən şeyləri niyə deməməliyəm? Bir böyük olmalıdır, yoxsa xaus baş alıb gedər. Düzünü deyirəmsə, inciməsinlər. O səhvi bir də təkrarlamasınlar. Əyri ayaqlarını düzəldib səhnəyə çıxır, guya biz bilmirdik ki, sənin ayaqların nə gündə idi? Dilini qarnına qoyub otursun, ağzını da skoçla bağlasın”.
Primadonna var-dövləti ilə öyünən müğənnilərə də mesaj göndərib: “Ailəmdə hər şey görmüşəm. Gözüm çox toxdur. Sonradan görənlər xortlayıb açarlarını itirirlər. İlhamə başına tac taxır, onlar da tac taxırlar. Saçımı sarı boyadım, hamı sarışın oldu. İndi saçımı elə rəng boyatdırmışam ki, tapa bilməzlər”.
Könül
Son xəbərlər
Son Xəbərlər